7 C
Baku
Thursday, December 12, 2024

Donald Tramp həbs ediləcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Manhetten dairə prokurorluğundan ona martın 21-i çərşənbə axşamı həbs olunacağını bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin demokratları keçmiş prezident Donald Tramp və onun ailəsini Respublikaçılar Partiyasının prezidentliyi dövründə xarici hökumətlərdən aldıqları yüzdən çox hədiyyə barədə hesabat verməməkdə ittiham ediblər.

Demokratların fikrincə, Ağ Evin keçmiş rəhbəri çox vaxt Amerika qanunları ilə müəyyən edilmiş standartdan daha bahalı hədiyyələr qəbul edib. Eyni zamanda, siyasətçi bu hədiyyələr barədə məlumat verməyib və qaydalara görə, saxlanmaq üçün dövlətə verilməli olan hədiyyələri mənimsəyib.

Son xəbərlər
Digər xəbərlər