20 C
Baku
Thursday, May 23, 2024

Donald Tramp impiçment üzrə dinləmələrdə iştirak etməkdən imtina edib

Ağ ev ABŞ prezidenti Donald Trampın impiçment məsələsi üzrə dinləmələrdə iştirak etməyəcəyini bildirib.

Banker.az xəbər verir ki, bu haqda “Politico” məlumat verib.

Qeyd edək ki, dinləmələr dekabrın 4-də həyata keçiriləcək. Daha əvvəl məhkəmə işləri üzrə Nümayəndələr Palatasının Komitəsinin rəhbəri Jerrold Nadler, amerikan liderini impiçment məsələsinin dinləmələrində iştirak etmək üçün dəvət etmişdir.

“Mövcud şərtlərdə bizim keçiriləcək dinləmələrdə iştirak etmək niyyətimiz yoxdur”, – məktubda deyilir.

Bundan əlavə, Nümayəndələr Palatası Ağ evin rəhbərindən prezidentin maraqlarını qoruyacaq vəkilin namizədliyini təyin etməsini istəyib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər