6 C
Baku
Monday, December 16, 2024

Donald Tramp milyarderlərin reytinqində 300 mövqe düşüb

Donald Tramp milyarderlərin qlobal reytinqində təxminən 300 mövqe düşüb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Digər milyarderlər fond bazarında varlandığı müddətdə, ABŞ-ın keçmiş prezidenti seçki yarışı ilə məşğul olub və pul qazanmaq şansını əldən verib.

Əvvəlki “Forbes” reytinqinin nəşrindən bir il sonra Donald Tramp 1001-ci yerdən 1299-cu yerə keçib. Bununla yanaşı, sərvəti 300 milyon dollar artaraq 2.4 milyard dollara yüksəlib. Lakin reytinqdəki həmkarları daha sürətlə varlanıb.

2017-ci ildə bu günədək Trampın sərvəti üçdə bir dəfə azalıb (əvvəl 3.5 milyard dollar təşkil edib). Bunun səbəbi daşınmaz əmlakdan irəli gələn itkilər və elit golf klubunun gəlirlərinin azalması olub. Eyni zamanda həmin dövrdə ABŞ-ın ən böyük 500 şirkətin daxil olduğu S&P 500 indeksi 70% artıb. Ancaq Tramp resurslarını birjada zənginləşməyə yönəldə bilməyib: o, vəzifəyə gəlib və aktivlərini satmaqdan çəkinib.

“Forbes” eks-prezidentin bu qərarını “böyük səhv hesablama” adlandırıb. Trampın maliyyə vəziyyəti Amerika KİV-in diqqətini çəkib. Milyarder qohumlarından pul oğrumaqda, vergidən yayınmaqda və gəlir bəyannaməsini dərs etməkdən imtina etməkdə günahlandırılıb. Bu məlumatlar prezidentin vəzifəsindən ayrılandan bir gün sonra şəbəkəyə sızıb. Pandemiya zamanı Trampın iş imperiyasının gəlirlərinin üçdə bir qədər azalması məlum olub. Eyni zamanda binalarının borcları 1 milyard dollara çatıb ki, bu məbləğin böyük hissəsi yaxın üç ildə ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər