6 C
Baku
Sunday, December 15, 2024

Donald Trampın sərvəti bir il ərzində 600 mln. dollar azalıb

ABŞ prezidenti Donald Trampın sərvəti bir il ərzində 600 milyon dollar azalıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Forbes” jurnalının verdiyi məlumata görə, dünyanın 400 ən zəngin amerikalı arasında Tramp 339-cu yerə enib.

Xatırladaq ki, siyasətçi koronavirus səbəbindən kapitalının demək olar ki, 20%-ni itirib (təqribən 2,5 milyard dollar). Bildiyimiz kimi, Trampın əsas aktivi daşınmaz əmlakdır ki, pandemiya dövründə bu sahədə tələb kəskin aşağı düşüb.

Ümumilikdə, Donald Tramp ABŞ-ın prezidenti olduqdan sonra sərvətinin 1 milyard dollarını itirib – 2016-cı ildə onun sərvəti 3,7 milyard dollar təşkil edib.

Ən böyük azalma Trampın Mayamidakı “National Doral” golf klubunun gəlirlərində olub – 114 milyon dollar. Hal-hazırda, o, 28 milyon dollar dəyərində qiymətləndirilir.

Bundan əlavə, prezidentin investisiya portfelindəki əmlak da ucuzlaşıb. Belə ki, Trampın ofis və pərakəndə satış sahələrinin 30%-nə sahib olduğu Manhattan-dakı bina dəyərinin 109 milyon dollarını itirib.

“Trump Tower” 70 milyon dollar, onun yanındakı bina 34 milyon dollar, “Trump Park Avenue” qülləsi isə 32 milyon dollar ucuzlaşıb. “Trump Parc”, “Trump Plaza” və “Trump International Hotel & Tower”in dəyəri bir neçə milyon azalıb, “Trump World Tower” isə əksinə – 2 milyon dollar bahalaşıb.

Nyu-Yorkdan kənara çıxsaq, Trampın Vaşinqtondakı “Trump International Hotel” (66 milyon dollar ucuzlaşıb), San-Fransiskodakı 555 binası (33 milyon dollar ucuzlaşıb), Çikaqodakı “Trump International Hotel & Tower” (13 milyon dollar ucuzlaşıb) və Las-Veqasdakı “Trump International Hotel”in (10 milyon dollar ucuzlaşıb) adını çəkə bilərik.

Bunlardan əlavə, koronavirus prezidentin otel biznesinə də zərər vurub – təxminən 24 milyon dollar. Hazırda Trampın bu sahədəki əmlakı 56 milyon dollar dəyərində qiymətləndirilir.

Trampın şəxsi əmlakının qiymətində son bir ildə müəyyən dəyişikliklər olub. Belə ki, Nyu-York və Virciniya ştatındakı evlərin dəyəri dəyişməyib, “Trump Tower” penthausu isə 9 milyon dollar ucuzlaşıb. Trampın iki təyyarə və üç helikopteri 8 milyon dollar dəyərdən düşüb.

Son xəbərlər
Digər xəbərlər