27 C
Baku
Saturday, July 27, 2024

Donald Trump biznesdən getməyə qərar verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald trump biznesdən getmək və əsas diqqətini dövlət idarəçiliyinə yönəltmək qərarına gəlib. Respublikaçı bu haqda məlumatı öz şəxsi Twitter hesabında paylaşıb.

“15 dekabrda New-Yorkda öz övladlarım ilə birgə böyük mətbuat konfransı keçirəcəm və burada diqqətimi bütünlüklə ölkənin idarəsinə yönəltmək və “Amerikanı yenidən qüdrətli etmək” üçün biznesdən getdiyim haqqında danışacam” – deyə Donald Trump məlumat verib.

Bunun ardınca o qeyd edib ki, o qanuna əsasən bunu etməyə məcbur deyil, lakin belə bir simvolik addım atmağı vacib hesab edir. O həmçinin bildirib ki, “Artıq bunun üçün müvafiq sənədlər hazırlanır. Prezidentlik – daha vacib işdir!”.

Son xəbərlər
Digər xəbərlər