6 C
Baku
Sunday, December 15, 2024

Doqquz ərəb ölkəsinin XİN rəhbərləri Fələstinlə bağlı birgə bəyanat qəbul ediblər

Doqquz ərəb ölkəsinin xarici işlər nazirləri Fələstinlə bağlı birgə bəyanat qəbul ediblər.

Onlar insanları Qəzza zolağından köçürmək cəhdlərinə qarşı çıxıblar.

Bundan başqa, söhbət tərəflər arasında dərhal atəşkəsdən gedir.

Misir, İordaniya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt və Mərakeşin xarici işlər nazirləri də “Fələstin probleminin bölgə xalqları hesabına aradan qaldırılması cəhdini” rədd etdiklərini qeyd ediblər.

Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Buna cavab olaraq İDF Dəmir Qılınclar əməliyyatına başlayıb. Qəzza zolağında qurbanların sayı 7 mini keçib, 18 mindən çox insan yaralanıb. İsraildə yerli hakimiyyət orqanlarının məlumatına görə, 1,3 mindən çox insan ölüb.

Son xəbərlər
Digər xəbərlər