25 C
Baku
Sunday, October 6, 2024

Dörd sahibkara Yevlax Pilot Aqroparkda rezident statusu verilib

Yevlax Pilot Aqroparkda dörd fərdi sahibkara rezident statusu verilib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Belə ki, Tural Əfəndiyev, Fəriyaz Rüstəmov, Mehti Ağagülov və İlham Lələyevə rezident statusu verilib.

“Rezidentlər tərəfindən 77.8 hektar sahədə investisiya həcmi 727 min manat olan intensiv meyvə bağları salınacaq, 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin ediləcək”- deyə, nazir bildirir.

Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2 855 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edir.

ImageImage

Son xəbərlər
Digər xəbərlər