8 C
Baku
Thursday, February 29, 2024

Dövlət Agentliyi: Birinci mikrorayonda işlər 3 ilə yekunlaşdırılacaq

“1-ci mikrorayonda işlərə bu il başlanacaq. İşlərin 3 il ərzində yekunlaşdırılması planlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, yeni binaların altında 2 mərtəbəli avtomobil qarajları da inşa olunacaq.

“1-ci mikrorayonda mənzilləri sökülən vətəndaşlara yeni evləri hazır olanadək kirayədə qalmaq üçün veriləcək pulun miqdarı onların yaşadıqları mənzillərin sahəsindən asılı olacaq. İnsanlara tam komfortlu mənzillər veriləcək və vətəndaşların köçürülməsinə dövlət özü nəzarət edəcək” – deyə E. Əsədov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər