26 C
Baku
Saturday, July 27, 2024

Dövlət büdcəsindən xərçənglə mübarizəyə qarşı 40 mln. manat ayrılır

2018-ci ildə Azərbaycan hökuməti dövlət büdcəsindən səhiyyə sahəsində müxtəlif dövlət proqramlarının maliyyələşdirilməsinə 174,8 mln manat yönəltməyi planlaşdırır.

Büdcə materiallarına əsasən, dövlət proqramlarının maliyyələşdirilməsinə dövlət büdcəsindən 2018-ci ildə səhiyyə sahəsi üçün nəzərdə tutulan vəsaitin 23,6% yönəldiləcək.

Xüsusilə, gələn il 23,1 mln. manat böyrək çatışmazlığı, 40,2 mln. manat onkoloji xəstəliklərlə mübarizə, 36,2 mln. manat diabet xəstələrinin müalicəsi üçün ayrılması planlaşdırılır.

Bundan əlavə, 2018-ci ildə icbari tibbi sığortanın tətbiqinə 16,1 mln. manatın yönəldilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər