16 C
Baku
Monday, April 15, 2024

Dövlət fondları biznesi əvvəlki kimi kreditləşdirə bilməyib

Azərbaycanın Bankların kredit portfeli oktyabr ayında 1.6% (313.6 mln. manat) artaraq 19 mlrd. 470.8 mln. manat olub.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56% (10 912.6 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 10 ayında bankların kredit portfeli 16.9% və ya 2 mlrd. 811.7 mln. manat artıb.

Biznes portfelinin 10.3%-i və ya 1 mlrd. 120.1 mln. manatı dövlət fondları hesabına verilib. Dövlət fondlarının biznesi kreditləşdirmədə payı aybaay azalır. Belə ki, biznes kreditləri ilin əvvəli ilə müqayisədə 12% artsa da, fondlar hesabına verilən kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 8% azalıb.

İlin əvvəlində 9 mlrd. 740.03 mln. manatlıq biznes kreditinin 12.5%, yaxud 1 mlrd. 213.26 mln. manatı dövlət fondları mənbəsi hesabına baş tutmuşdu.

Vəsaitlərin mənbəyinə görə biznes kreditləri barədə məlumat, mln. ₼
Portfelin bölgüsü Biznes kreditləri dövlət fondları hesabına Dövlət fondlarının payı
31/12/2021         9,740.03         1,213.26 12.5%
31/01/2022         9,746.55         1,194.03 12.3%
28/02/2022         9,972.89         1,188.00 11.9%
31/03/2022       10,182.35         1,178.75 11.6%
30/04/2022       10,328.28         1,184.34 11.5%
31/05/2022       10,414.01         1,173.77 11.3%
30/06/2022       10,481.71         1,163.45 11.1%
31/07/2022       10,497.05         1,146.43 10.9%
31/08/2022       10,491.95         1,146.90 10.9%
30/09/2022       10,780.94         1,123.91 10.4%
31/10/2022       10,912.56         1,120.12 10.3%
Son xəbərlər
Digər xəbərlər