9 C
Baku
Sunday, March 3, 2024

Dövlət Gömrük Komitəsi xaricdən Azərbaycana gətirilən mobil telefonlar barədə xəbərdarlıq etdi

Dövlət Gömrük Komitəsi (DGK) xaricdən Azərbaycana gətirilən mobil telefonların bəyan edilməsi, qeydiyyatı və rüsum tutulması barədə məlumat yayıb.  

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Komitədən bildirib ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.

Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.

2023-cü il fevral ayının 15-dən etibarən mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.

Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.

Son xəbərlər
Digər xəbərlər