12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Dövlət idarəetməsində olan şirkətin vergi borcu açıqlandı – Məbləğ

“Azərbaycan Sənaye Korporasiyası”nın müəssisəsi olan “ASK Şəki Şərab” MMC-nin vergi borcu olduğu açıqlandı.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Azərbaycan Sənaye Korporasiyası”na məxsus “ASK Şəki Şərab” MMC-nin vergi borcu 42 460 manat təşkil edir. Bu vergi borcu 21.11.2021-ci il tarixinə olan məlumatdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 noyabr 2021-ci il tarixli 185 nömrəli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı azaldılaraq 4 500 000 manat həcmində olduğu elan olunmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər
X