25 C
Baku
Saturday, July 27, 2024

Dövlət Məşğulluq Agentliyinin xərcləri artıb

2022-ci ildə Dövlət Məşğulluq Agentliyinin xərcləri illik müqayisədə 41% artıb.

Banker.az xəbər verir ki, bu barədə DMA-nın illik audit hesabatında bildirilir. Hesabatı “RSM Azerbaijan” audit şirkəti aparıb.

Hesabata görə, DMA ötən il 101.87 mln manat əməliyyat xərcləri və 34.37 milyon manat inzibati (ümumi) xərclər çəkib ki, bu da əməliyyat xərclərinin 136.24 mln. manata yüksəlməsidir. Öncəki ildə əməliyyat xərclərinin həcmi 96.5 milyon manat idi.

Agentliyə işsizlik sığortası haqqı üzrə 164.14 milyon manat daxilolma olub. Bu da 2021-ci ildə 147 milyon manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi – respublikada əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur.

Son xəbərlər
Digər xəbərlər