10 C
Baku
Bazar, Dekabr 5, 2021

“Dövlət şirkətlərində 28 min izafi işçi qüvvəsi var idi, onu 17 minə endirmişik”

“Bizdə bu gün gəlirlərin uçotunda hələ də boşluq var”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, son illər ərzində bu sahədə ciddi uğurlar var: “3 il ərzində əmək müqaviləsi 400 min, əməkhaqqı fondu 83% artıb. Burada 7-8 milyardlıq leqallaşma baş verib. Amma bütün gəlirlər leqallaşmayıb. Bununla biz ünvanlı sosial yardım təyinatında üzləşirik. Ona görə ünvanlı sosial yardım təyinatında təkcə gəlirlərə yox, xərclərə də baxırıq. Kənd təsərrüfatı sahəsində məşğul insanların sayını biz bilmirik. Birinci bu istiqamətdə uçotumuzu dəqiqləşdirməliyik. Tam liberal iqtisadiyyata keçid özü ilə yanaşı bir sıra sosial çətinliklər gətirir. Bu gün bizim dövlət şirkətlərində 28 min izafi işçi qüvvəsi var idi, artıq onu 17 minə endirə bilmişik. Biz çalışırıq ki, onları hamısını birdən- birə küçəyə atmayaq. Təkcə 11 dövlət şirkətimiz var. Biz onları peşə təhsilinə və s. cəlb edirik. ƏƏSMN-də 11 minlik işçi heyətdən bu gün 8 min işçi qalıb. Elektronlaşdırma aparıldığı üçün artıq 30 % işçi qüvvəsi azalıb. Bu, bizi bütün sahələrdə gözləyir. Dövlətin sosialyönümlü yanaşmasını, sosial siyasətini qəbul etdikdə orada qərar qəbul etmək çox çətindir. Ona görə də aktiv məşğulluq tədbirləri tətbiq etməliyik və o şəxslərə imkanlar yaratmalıyıq. Paralel olaraq özəl sektoru təşviq etməliyik və yeni iş yerləri yaranmasına şərait yaratmalıyıq ki, o insanlar işsiz qalmasın”.

Son xəbərlər
Oxşar xəbərlər
X