27 C
Baku
Saturday, July 27, 2024

Dövlət Sosial Müdafiə Fondu 2 milyon manata “Subaru” avtomobili alır

“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs “Subaru Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Avtomobillərin satınalınması nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondu “Subaru Azərbaycan”a buna görə  1 milyon 818 min manat ödəyəcək.

Qeyd edək ki, “Subaru Azərbaycan” 2006-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. “Subaru Azərbaycan” şirkəti dünya şöhrətli “Subaru”, şirkətinin Azərbaycanda rəsmi və yeganə distribyutorudur.

Bu şirkətin nizamnamə kapitalı 3 700 020 manatdır və qanuni təmsilçisi Şahin Şahverdiyev Əmiraslan oğludur.

Son xəbərlər
Digər xəbərlər