27 C
Baku
Saturday, July 27, 2024

Dövlət Vergi Xidməti Türkiyəli biznesmenin Azərbaycandan çıxışına “stop” qoyulmasını istəyir

Azərbaycanda və Türkiyədə inşaat sektorunda fəaliyyət göstərən “İSHİ inşaat” şirkətinin baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışına qadağa qoyulur.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə Bakı Kommersiya Məhkəməsində Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan (xüsusi icraat) ibarətdir.

Onu da qeyd edək ki, 12.12.2022-ci il tarixinə olan məlumata əsasən, şirkətin 3852.50 manat vergi borcu var. Azərbaycanda 2012-ci ildə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər