28 C
Baku
Saturday, July 27, 2024

Dövlətin investorlar qarşısında xəzinə borclanması 2 milyard manatı ötüb

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə 2021-ci ilin mart ayında emissiya edilən istiqrazlar ilə cəlb edilən vəsaitlərin həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, dövlət istiqrazlarının cəlb edilmış həcmi 2021-ci ilin mart ayına həcmi 161.5 milyon manat təşkil edib. Bu dövlət istiqrazlarının nominal dəyəri isə 165 milyon manat etdiyindən, buna görə dövlət 3.5 milyon manat faiz xərci ödəyəcək.

Ölkə xəzinəsinin borclanmasının ümumi həcmi isə 2 milyard 30.8 milyon manata çatıb.

Dövlət istiqrazlarının dövretmə müddəti isə 641.5 günə düşüb. Bu öncəki ayda 708.1 gün təşkil edirdi. Bu isə o deməkdir ki, Maliyyə Nazirliyi vaxtı qısaltmaqla investorlara yatırım üçün cəlbedici görünməyə çalışır.

Burada investorlar dedikdə, yerli banklar, sığorta şirkətləri və s. kommersiya qurumları nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər