Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında qərara dəyişikliklər edilib.
Banker.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Şəki Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Qusar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Samux Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Qobustan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Ağstafa Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Tovuz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Gədəbəy Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Zərdab Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Şabran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Şamaxı Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Şəmkir Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, “Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, Bakı Dövlət “Cıdır meydanı” MMC, “28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC, “Cəlilabad Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Ağstafa rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC, Şamaxı rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC, Cəlilabad rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyində olan Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək, Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılır.
Bununla yanaşı, Ağdam atçılıq təsərrüfatı Qarabağ atçılıq zavodu ilə əvəz edilir.