23 C
Baku
Friday, April 26, 2024

Dövlətə məxsus BOKT-un gəlirləri azalıb, lakin “digər” gəlirlər onu mənfəətə çıxarıb

Dövlətə məxsus olan bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC 2021-ci il üzrə gəlirləri azalsa da, il üzrə xalis mənfəət edib.

Bu barədə Banker.az dövlət BOKT-nun illik audit hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2021-ci ildə 13.464 milyon manat faiz gəliri əldə etmiş, bu da illik müqayisədə 22% az deməkdir. BOKT həmin dövrdə 0.265 mln. manat faiz xərci edib. Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlara 9.826 mln. manat ayırma edib.

Bununla da onun xalis faiz gəliri 28.784 mln. manatdan 3.372 mln. manata düşüb. BOKT hesabatında öncəki ildəki “digər” xərclərin bu il gəlir kimi olması onun əməliyyatını 6.449 mln. manat mənfəətə çıxarıb.

“Aqrarkredit” QSC 2021-ci ildə 1.191 mln. manat xalis mənfəət əldə edib. Bu öncəki ildə 0.867 mln. manat idi. Bu xalis mənfəətdən sonra bölüşdürülməmiş mənfəəti 2.771 mln. manata yüksəlib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22.669 milyon manatdır. BOKT 100 % dövlətə məxsusdur.

2323242423423423423423242

2222222 222323

2222222 2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər