20 C
Baku
Wednesday, May 1, 2024

Dövlət Agentliyi “Neptun”, “Rahat”, “Grandmart” marketlərdə monitorinqin nəticəsini açıqlayıb

21 oktyabrda qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 22 müəssisədə nöqsanlar müəyyən olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata əsasən, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 15 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Banker.az Agentliyə istinadən nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin siyahısını təqdim edir:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1 “Rahat” supermarket Nizami rayonu, Q.Qarayev pr.,
ev 39A
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2 “Grandmart” market Nizami rayonu, M.Şərifli küç.,
ev 74C
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3 “Rahat” market Nizami rayonu, Q.Qarayev pr.,
ev 34/67
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4 “Star” market Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Grandmart” supermarket Nəsimi rayonu, Nizami küç.,
ev 129E
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
6 “Neptun” market Xətai rayonu, Babək pr.,
ev 43
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Yayla” market Xətai rayonu, M.Hadi küç.,
ev 130
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
8 “Makro” market Abşeron rayonu, Görədil kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “İlqaroğlu Store” Quba şəhəri, məhəllə 32,33 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10 “Gold” market Quba şəhəri, Əzizbəyov küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11 “Tac” market Quba şəhəri, Dağlı kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Paxlava” şirniyyat mağazası Salyan şəhəri, Ələt-Astara yolu 58 km Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
 ⁠
Digər xəbərlər