13 C
Baku
Friday, April 19, 2024

Dövlət Agentliyi vergi borcu olan şirkəti 4 milyon manatlıq tenderin qalibi seçdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “A2Z Technologies” QSC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində istifadə üçün nəzərdə tutulmuş yeni nəsil şəbəkələrarası ekranların (Firewall), həmçinin mərkəzi idarəetmə sistemi və XDR həlləri üzrə texniki şərtlərə uyğun olaraq malların (işlərin və xidmətlərin)” satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 787 283 manatdır.

Qeyd edək ki, “A2Z Technologies” QSC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Dmitriy Zverevdir. Şirkətin 23.10.2022-ci il tarixinə olan məlumata əsasən 2 787 manatdır.

Son xəbərlər
Digər xəbərlər