25 C
Baku
Wednesday, May 29, 2024

Dövlət Agentliyindən 17 milyon manatlıq sifariş “Olimp Hospital”a verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Olimp Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu-Məhəmmədi modul tipli xəstəxanada müalicə olunan koronavirus infeksiyasına (Covid-19) yoluxmuş xəstələrə xəstəxana şəraitində keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və xidmətlərin təşkilinin satın alınması məqsədilə təkliflər sorğusu elan edilib.

Müqavilənin dəyəri isə 17 335 675  manatdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər