10 C
Baku
Thursday, December 12, 2024

Dövlət borcların təminat fondunun maliyyə mənbələri artırılır

Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısına yeni maliyyə mənbəyi daxil edilir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət borcu haqqında” qanuna dəyişiklik layihəsi barədə məlumat verərkən deyib.

Sənədə əsasən, qanunun 13-cü maddəsinə yeni, 13.2.3-1-ci maddə əlavə edilməsi təklif olunur. Bu maddəyə əsasən Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Təminat Fonduna köçürülən sərbəst qalıq dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun maliyyə mənbələrindən biri olacaq.

Qeyd edək, “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” 2017-ci il 13 iyun tarixli qanuna dəyişiklik edilməsi barədə” qanunun tətbiqi məqsədi ilə hazırlanıb.

Layihə səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər