9 C
Baku
Thursday, December 12, 2024

Dövlət büdcəsinə vergi daxilolmaları 23%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.4 % artaraq 12 milyard 80.4 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20.5 % artaraq 6 milyard 865.6 milyon manat olub”, – nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər