9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Gömrük Komitəsi “ləğv edilməsi” ilə bağlı yayılan məlumatlara reaksiya verdi

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı fərziyyələrə əsaslanan məlumatlar yayılıb.

OXŞAR YAZI: Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi

Komitədən bildirilib ki, cari il yanvarın 19-da “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib: “Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər