Bakı Fond Birjasında bir illik dövlət istiqrazları üzrə gəlirlilik 2023-cü ilin maksimum səviyyəsinə çatıb.
Banker.az xəbər verir ki, 24 oktyabr 2023-cü il tarixində 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının hərrac keçirilmişdir hərracı zamanı 19 investor tərəfindən qiymət intervalı 89.3382 (11.9999%) manat və 93.1450 (7.4%) manat olan 38 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6302 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 92.7122 (7.9040%) manat olaraq müəyyən edilib.
Sonuncu dəfə 1 illik dövlət istiqrazları üzrə ötən ilin 27 dekabrında bu həddə olub. Belə ki, həmin tarixdə istiqrazların gəlirliliyi 8.01% idi.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227 846400 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilmişdir.