Sentyabrın 1-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240014 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AZ0201240014 kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 499,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 345,9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0574 (6,9784%) və kəsmə qiyməti 99.3366 (7.2500%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 1 sentyabr 2029-cu ildir.







