15 C
Baku
Saturday, April 20, 2024

Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərara dəyişiklik edib.

Banker.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 21-ci hissəsinin “cəmi” sütununda “14” rəqəmləri “20” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütununda isə “9” rəqəmi “15” rəqəmlərlə əvəzlənib. Bununla da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin cəmi say həddi (limiti) 14-dən 20-dək artırılıb. Eyni zamanda komitənin ərazi və yerli bölmələr üzrə avtomobillərin say limiti 9 avtomobildən 15 avtomobilədək artlrlıb.

Xatırladaq ki, büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait də artırılıb. 2019-cu il dövlət büdcəsi zərfinə əsasən, 2019-cu ildə Komitəyə 2 milyon 712 min 027 manat vəsaitin ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki məbləğdən 331 min 825 manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər