Prezidentin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında, 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında İlham əliyev sərman imzalayıb.
Bu barədə Banker.az Prezidentin səhifəsinə istinadə edərək xəbər verir.
Fərmanda deyilir, A.R Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 4.2.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“4.2.5. kredit bürosundan dövlətə məxsus olan hüquqi şəxsə aid kredit hesabatı, həmçinin dövlətə məxsus olan hüquqi şəxsin kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat.”.
2. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə:
2.1.1. 2.1.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.14. kredit hesabatı – “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş məlumat;”;
2.1.2. 3.2.2-ci, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərdə “reyestrinin məlumatına” sözləri “hesabatına” sözü ilə əvəz edilsin;
2.1.3. 5.2.4-cü yarımbəndin 3-cü abzasında “reyestrindən çıxarış” sözləri “hesabatı” sözü ilə, 7-ci abzasında “reyestrindən çıxarışlar” sözləri “hesabatları” sözü ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”nın 6.3-cü yarımbəndində “reyestri məlumatları” sözləri “hesabatı” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin 6.2.6-cı, 6.3.3-cü və 6.3.7-ci yarımbəndlərindən “mərkəzləşdirilmiş kredit reyestrində və (və ya)” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 25-ci hissəsi ləğv edilsin.