Yaxın 15-20 ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) neft və qaz satışından təqribən 100 milyard dollar əldə edəcək.
Trend-in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Bakıda bank konfransında deyib.
O qeyd edib ki, bu günə qədər SOFAZ neft və qaz satışından 120 milyard dollar qazanıb.