20 C
Baku
Thursday, May 2, 2024

Dövlət Neft Fondu aktivlərinin idarəolunmasından ötən il $2.5 mlrd. zərər edib, lakin…

2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarəolunmasından əldə edilən gəlirlər ilkin olaraq 1.7% və ya 1 mlrd. 216.8 mln. manat proqnozlaşdırılıb, lakin sonradan dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 0% olaraq müəyyənləşdirilib.

Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.

Qeyd edilir ki, 12 aylıq icra göstəricilərinə əsasən ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 mlrd. 461.3 mln. ABŞ dolları (və ya -5.2%) azalma müşahidə olunub.

2022-ci il üzrə ARDNF-in investisiya portfelinin aktivlər üzrə gəlirliliyi aşağıdakı cədvəldə verilib.121212Palatanın təqdim etdiyi cədvəldən də göründüyü kimi ARDNF vəsaitlərinin idarəedilməsindən əksər aylar üzrə zərər edib.

232323223223

Portfelin böyük hissəsinin sabit gəlirli aktivlərə yatırım edilməsinə baxmayaraq diversifikasiyanın təmin olunması ilə bağlı səhm, özəl səhm, daşınmaz əmlak qızıl kimi 15 aktivlərə yatırım edilməsi, eləcə də qeyd olunan aktivlər daxilində sektor, region, müxtəlif investisiya növləri və valyutaları üzrə bölünməsi gəlirlilik üzrə təsdiq edilmiş proqnozlaşdırmalarda əhəmiyyətli kənarlaşma ilə (0-5.2%) nəticələnib.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonusların uçotu vəziyyəti. Hesabat ilində Dövlət Neft Fonduna 768.7 mln. manat və yaxud 452.2 mln. ABŞ dolları məbləğində bonus ödənişləri daxil olmuş və bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən (768.7 mln. manat) 100.0 faiz icra olunmuşdur. Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”i üzrə 450.0 mln. ABŞ dolları, Şahdəniz yatağı üzrə 0.2 mln. ABŞ dolları, Neftçala yatağı üzrə 2.0 mln. ABŞ dolları olmaqla ümumilikdə 452.2 mln. ABŞ dolları vəsait Fonda ödənilmişdir

2022-ci ildə Fond vəsaitlərin idarəedilməsindən zərər etsədə hesabat ilinin sonunda neft və qaz qiymətlərinin artması fonunda Fondun aktivlərində keçən ilin eyni dövrü ilə müqayisədə artım olması müəyyən edilib.

111111

Hesabat ilində Fondun yeni investisiyalarının həcmi ümumilikdə 7 mlrd. 347.9 mln. ABŞ dolları təşkil etsə də portfelin idarəedilməsindən ilin yekunlarına görə 2 mlrd. 461.3 mln. ABŞ dolları və portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnə dəyişməsi hesabına 878.5 mln. ABŞ dolları zərərin olması ilə Fondun aktivlərinin həcmi ilin sonuna 4 mlrd. 8.4 mln. ABŞ dolları artması müəyyən edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər