6 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondu “Bank VTB”dən $7 milyona yaxın dividend əldə edib

2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “VTB Bank” tərəfindən 402 mln. 154,826 min rubl (və ya 6 mln. 920 min 672 ABŞ dolları) məbləğində dividend gəliri ödənilib.

Bu barədə mənbənin sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib.

Bununla da, “VTB bankı”na edilən ilkin investisiya tarixindən (2013-cü il) müvafiq dövrün sonuna qədər olan müddət ərzində ARDNF-yə ödənilmiş toplam dividend gəliri 1 mlrd. 605 mln. 182 min 82 rubl (və ya 32 mln. 192 min 942 ABŞ dolları) təşkil edib.

“ARDNF-nin VTB bankdakı payında ötən il ərzində heç bir dəyişiklik edilməyib. Nəzərinizə çatdırırıq ki, ARDNF-də investisiya qoyuluşları uzunmüddətli investisiya siyasəti rəhbər tutulmaqla cari və perspektiv bazar mühiti nəzərə alınaraq həyata keçirilir. Bu əsasda investisiya imkanlarının ətraflı təhlili aparılır və ümumi investisiya portfeli kontekstində investisiya seçimləri dəyərləndirilir. Yuxarıda qeyd edilənlərin fonunda bildirmək istərdik ki, yaxın gələcəkdə sözügedən VTB bankına olan investisiyalara əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildə ARDNF “Bank VTB” ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər