13 C
Baku
Tuesday, May 7, 2024

Dövlət Neft Fondu da AtaSığortanı seçdi

®Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC daha bir tenderin qalibi olub.  

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən keçirilən əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətinin satın alınmasına dair tenderin qalibi AtaSığorta şirkəti seçilib və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Geniş filial şəbəkəsinə malik olan şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər