Azərbaycan Respublikası Dövlət Neft Fondu banklara 2023-cü ilin may ayında 277.3 mln. ABŞ dolları həcmində valyuta satıb, bu da cari ilin ilk ayından sonra qeydə alınmış ən aşağı göstəricidir.
Banker.az-ın topladığı məlumatlara əsasən, bu da apreldən 3% aşağıdır.
2023-cü ilin yanvar-may ayları ərzində ümumilikdə kommersiya banklarına 1 mlrd. 492.4 mln. dollar satıb və bu illik müqayisədə 968.8 mln. dollar mvə ya 39.4% azalmadır.