15 C
Baku
Saturday, April 20, 2024

Dövlət Neft Fondu noyabrda banklara $496 milyon valyuta satıb

Yazı 26 noyabr 2020-ci ildə dərc edilib:

Azərbaycanda banklar tərəfindən dollara yaranmış tələbatı son iki ayın ən aşağı həddinə düşüb.

26 noyabr 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Hərracda tələb 56.2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bununla da ARDNF Azərbaycanda kommersiya banklarına 8  hərracda 495.5 milyon dollar valyuta satmalı olub. Bu isə noyabrda oktyabrla müqayisədə 64.80 milyon dollar, yəni, 12% az valyuta satışı keçirməsi deməkdir. Oktyabrın 9 hərracını 560.3 milyon dollarlıq valyuta satışı ilə ARDNF bitirmişdi.

e211

2020-ci ilin ilk 11 ayı ərzində isə suveren fond 6.67 milyard dollarlıq valyutanın əhalinin “dollar” tələbatını qarşılamaq üçün vəsait çıxarıb.

Son xəbərlər
Digər xəbərlər