7 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondu qızılda $250 mln. zərər edib – Fondun neçə ton qızılı var?

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində olan qızılın həcmi açıqlanıb.

Banker.az bu barədə Fondun illik hesabatına istinadən xəbər verir.

1 yanvar 2022-ci il tarixinə ARDNF-nin 101.8 ton qızılı (3 milyon 272.975 min troya unsiyası) olub. Bu da həmin tarixinə olan qiymətləndirməyə görə, 5.92 mlrd. dollar dəyəri var və bu da ümumi portfelin 13.1%-ni təşkil edib. Ötən il isə eyni həcmdə qalan qızılın dəyəri 6.17 mlrd. dolları (portfeldə payı: 14.2%) təşkil edirdi. Bu da o deməkdir ki, eyni həcmdə olan qızıl ABŞ dollarına qarşı ucuzlaşdığına görə (məzənnə dəyişməsi) ARDNF 250 mln. dollarlıq itkisi olub.

Dəyər itkisinə səbəb isə risksiz aktivlər sırasında olan qızılın dollara qarşı ucuzlaşmasıdır. Banker.az olaraq xatırladırıq ki, 2021-ci ilin əvvəlində hər unsiyası (COMEX) 1 950 dollar olan qızıl, ilin sonlarına 1 820 dollara qədər ucuzlaşdı.

Qızılın qiyməti, USD/unsiya (COMEX)76876

Qeyd edək ki, 2021-ci ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119.3 milyon manat təşkil etmişdir.

ARDNF sonuncu dəfə 2020-ci ildə 557.2 kq qızıl almışdı.

Dövlət Neft Fondu 2012-ci ilin əvvəlindən etibarən qızıl almağa başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınsa da, 2014-2017-ci illərdə qızıl alışı həyata keçirilməyib. 2018-ci ildə ARDNF qızıl alışını bərpa edib və 20 min 778,41 kq qızıl alıb.

 

Son xəbərlər
Digər xəbərlər