25 C
Baku
Sunday, June 2, 2024

Dövlət Neft Fondu Şimali Amerika, Avropa və Asiyada daşınmaz əmlak alacaq

2018-ci il ərzində Dövlət Neft Fondu özünün uzunmüddətli investisiya strategiyasının icrasına davam edib. Bununla belə, 2018-ci ildə səhmlər, özəl səhmlər, daşınmaz əmlak və qızıl kimi aktivlər üzrə yeni investisiyalar həyata keçirilib.

Banker.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov AzərTac-a müsahibəsində deyib. Onun sözlərinə görə, daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə beş yeni yatırım edilib və əlavə olaraq, özəl səhm investisiyaları üzrə isə 2018-ci ildə 5 yeni fonda investisiyalar ilə bağlı müqavilələr imzalanıb.

“Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən 2018-ci il ərzində də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər