6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondunun aktivləri 4,6% artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 991,0 milyon manat, büdcə xərcləri isə 2 256,7 milyon manat təşkil etmişdir.

Banker.az ARDNF-ə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 8,8 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 760,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılmışdır. 9,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 65,4 milyon manat təşkil etmişdir.

2016-cı il iyulun 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 4,6% artaraq 35 117,9  milyon ABŞ dollarına bərabər olmuşdur.

– See more at: http://www.oilfund.az/az_AZ/news/1151/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-yanvar-iyun-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.frPt0bX1.dpuf

Son xəbərlər
Digər xəbərlər