6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondunun valyuta ehtiyatları son üç ayda $800 mln. azaldı

2021-ci il aprelin 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42  milyard 761.3 milyon ABŞ dollarına bərabər olub.

Banker.az xəbər verir ki, ARDNF bu barədə məlumat yayıb.

Bu da 2021-ci ilin əvvəli (43  milyard 564.3 milyon ABŞ dolları) müqayisədə  801 milyon dollar, yaxud 1.84% azalma deməkdir.

“Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olmuşdur” deyə, ARDNF-in məlumatında qeyd edilir.

Əlavə olaraq bildirilir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 milyard 27.5 milyon manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər