6 C
Baku
Sunday, December 15, 2024

Dövlət orqanlarının iş planlarının illik hesabatlarının tərtib edilməsi qaydası təsdiqlənib

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib.

Banker.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.

Bu Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır.

Bu Qayda “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər