Azərbaycanda dövlət qulluğunda çalışan 55 yaş və yuxarı şəxslərin payı son bir ildə azalıb.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-nə dövlət qulluqçularının 20,1 faizini 55 yaş və daha yuxarı şəxslər təşkil etdiyi halda, 2026-cı il yanvarın 1-nə bu göstərici 18,8 faizə enib.
Eyni dövrdə 25 yaşadək dövlət qulluqçularının payı 2,8 faizdən 3,0 faizə yüksəlib. Həmçinin 35-54 yaş qruplarında çalışanların xüsusi çəkisində də artım qeydə alınıb.
2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur ki, onların da 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Yaş qrupları üzrə dəyişiklik, 1 yanvar
| Yaş qrupu | 2025 (%) | 2026 (%) |
| 25 yaşadək | 2,8 | 3,0 |
| 25-29 | 12,5 | 11,6 |
| 30-34 | 18,2 | 18,0 |
| 35-39 | 16,1 | 16,7 |
| 40-44 | 12,8 | 13,3 |
| 45-49 | 9,9 | 10,5 |
| 50-54 | 7,6 | 8,1 |
| 55-59 | 8,4 | 7,5 |
| 60-64 | 9,7 | 9,2 |
| 65+ | 2,0 | 2,1 |







