“Hazırda “Hökumət buludu”nun yaradılması istiqamətində işlər aparılır və konsepsiyası hazırlanır. Sənəd hazırda son, yəni imzalanma mərhələsindədir”.
Bunu açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, “Hökumət buludu”nun məqsədi ondan ibarətdir ki, dövlət qurumları özlərində data infrastrukturu qurmur: “Burada platform olaraq bulud texnologiyalarından istifadə edilir. Bununla da, dövlət qurumlarının texnoloji xərcləri azalır. Mütəxəssis hazırlığına olan xərclər və tələbat azaldılır və bu “Data Mərkəz”də yerləşdirilir. “Data Mərkəz”in verdiyi bulud texnologiyalarından istifadə edilir. Bu halda dövlət qurumlarının informasiya sistemlərinin bir məkanda mərkəzləşməsi prosesi gedir. Bu isə ancaq bulud texnologiyası əsasında olur. Hazırda “Data Mərkəz”lərin verdikləri xidmətlər buna yönəlir. Bu gün “Data Mərkəz” həm dövlət sektoruna, həm də özəl sektora xidmət göstərir”.
Report