2 C
Baku
Saturday, December 14, 2024

Dövlət qurumu 2 milyon manatlıq dərman sifariş verdi

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs “Yurd Pharma” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Tibb müəssisələrinin tələbatı üçün lazım olan bəzi xəstəliklərin müalicəsində istifadə olunan dərmanların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 2 200 072 manatdır.

Onu da qeyd edək ki, “Yurd Pharma” MMC 2016-cı ildə Bakıda dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Sərdar Xudiyevdir.

Son xəbərlər
Digər xəbərlər