Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyətində ilk dəfə süni zəkadan istifadə olunacaq.
Bu barədə ADRA-nın Aparat rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə deyib.
ADRA-nın “Heydər Əliyev İli” çərçivəsində fəaliyyətinə də toxunan N.Qasımov qeyd edib: “Agentlik Ulu Öndərin 100 illik yubileyi münasbətilə ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsini, rəqəmli bilbordlarda və monitorlarda Ümummilli Liderin həyatının ayrı-ayrı hissələrindən olan görüntü və fotoların yayımını həyata keçirib. Agentliyin Ərazi Reklam İdarələrində müxtəlif seminar, konfrans, abadlıq işləri və ağacəkmə aksiyaları reallaşıb”.