3 C
Baku
Saturday, December 14, 2024

Dövlət rüsumunun düzgün hesablanması qaydası hazırlanacaq

Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Fərmana əsasən, dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməlidir.

Son xəbərlər
Digər xəbərlər