22 C
Baku
Friday, April 19, 2024

Dövlət sektorunda 2 mindən çox işçi ixtisar edilib

2022-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27.6 min nəfər və ya 1.6 faiz artaraq 1732.5 min nəfər olmuş, onlardan 903.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2021-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən 1704.9 min nəfər olmuş, onlardan 905.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 799.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Belə ki, illik müqayisədə dövlət sektorunda işçilərin sayı 2.4 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 30 min nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər