-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozla müqayisədə çox olub

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 milyon manat çox olmaqla 3 milyard 271 milyon manat təşkil edib.

Bu barədə Banker.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 mln. manat artaraq 2 mlrd. 531 mln. manat olub.

Son 6 ayda DSMF-nin xərcləri 3 mlrd. 9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 mln. manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər