Dövlət Sosial Müdafiə Fondunun xərcləri 10% artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində (DSMF) gəlirləri bu ilin yanvar–iyul aylarında proqnozla müqayisədə 5 faiz və ya 239 milyon manat çox olmaqla 5 milyard 56 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 240 milyon manat artaraq 4 milyard 48 milyon manat olub.

Bu ilin 7 ayında DSMF-nin xərcləri isə 4 milyard 811 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 431 milyon manat çoxdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər