16 C
Baku
Thursday, March 28, 2024

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

Azərbaycanın turizm potensialının bütün dünyaya tanıdılması üçün səylərimizi artırmalıyıq.

Banker.az-ın Trend-ə istinadənməlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

F.Nağıyev qeyd edib ki, bu ilin aprel ayında təsis edilən Agentlik ötən aylar ərzində xeyli iş görə bilib: “Biz öhdəmizə düşən məsuliyyətin fərqindəyik və öz işimizi qurmuşuq”.

Son bir neçə ildə ölkə turizminin çox uğurlu yol keçdiyini deyən F.Nağıyev turizm təhsilinin də çox önəmli olduğunu bildirib.

Onun sözlərinə görə, növbəti hədəflərdən biri DTA-nın bir neçə ölkədə nümayəndəliklərini açmaqdır.

F.Nağıyev əlavə edib ki, Agentlik tərəfindən turistlərə göstərilən xidmətin artırılması üçün də addımlar atılacaq.

Son xəbərlər
Digər xəbərlər