2 C
Baku
Sunday, December 15, 2024

Dövlət Xidməti və regional bölmələri bayram günlərində fəaliyyət göstərəcək

Dövlət Xidməti və tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi bayram günlərində sahibkarlara xidmət göstərəcək.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.

Belə ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Xidməti və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri iş günü hesab edilməyən bayram günlərində – 27, 29 və 30 iyun tarixlərində fəaliyyət göstərəcəkdir.

Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi xidmətlərdən yararlanmaq üçün Dövlət Xidmətinə və onun regional bölmələrinə müraciət edə bilər.

Son xəbərlər
Digər xəbərlər